İran XİN: Avropa ölkələri öz problemlərini həll etsələr yaxşı olar

İran XİN: Avropa ölkələri öz problemlərini həll etsələr yaxşı olar
  • Clock-gray 19:50
  • calendar-gray 21 Noyabr 2019

“Yaxşı olar ki, Avropa ölkələri ilk növbədə öz daxili çatışmazlıqları və problemlərini həll etsinlər, ölkələrində olan narazılıqların əlac yolunu tapsınlar”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Seyid Abbas Musəvi Avropa rəsmilərinin İrandakı iğtişaşlarla bağlı açıqlamasına münasibət bildirərkən deyib. 

O qeyd edib ki, Avropa rəsmiləri İranın daxili məsələlərinə müdaxilə etmək və ölkədə özəl və dövlət əmlakına ziyan vurub dağıdan quldurları müdafiə etmək əvəzinə, Hərtərəfli Birgə Fəaliyyət Planına dair verdikləri vədlərə əməl etsələr yaxşı olar.

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date