Ərdoğan və Ruhani hava sərhədlərinin açılmasını müzakirə edib

Ərdoğan və Ruhani hava sərhədlərinin açılmasını müzakirə edib
  • Clock-gray 16:02
  • calendar-gray 24 May 2020

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani koronavirus pandemiyası şəraitində tibbi göstərişlərə riayət olunmaqla hava sərhədinin açılması məsələsini müzakirə ediblər.

APA-nın xəbərinə görə, bu barədə İran Prezidentinin saytı məlumat yayıb.

Prezidentlər ticarətin yenidən başlanmasını da müzakirə ediblər. R. T. Ərdoğan bununla əlaqədar müvafiq təlimatların hazırlandığını nəzərə çatdırıb. Türkiyə və İran prezidentləri koronavirusla mübarizə sahəsində təcrübə mübadiləsini də vacib sayıblar.

apa-logo-mini

Digər xəbərlər