Almaniyada daha 248 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

Almaniyada daha 248 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb
  • Clock-gray 08:37
  • calendar-gray 12 İyul 2020

Almaniyada yeni növ koronavirus infeksiyasına (COVID-19) son sutka ərzində 248 yeni yoluxma qeydə alınıb, daha 3 nəfər bu virusun qurbanına çevrilib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin tabeliyində olan və COVID-19-la bağlı statistika aparan Robert Kox institutu məlumat yayıb.

Bundan bir gün əvvəl 378 yoluxma və 6 ölüm faktının qeydə alındığı bildirilmişdi.

İnstitutun məlumatına görə, Almaniyada ümumilikdə 198 804 nəfərdə koronavirusa yoluxma faktı təsdiqlənib, onlardan 9063-ü vəfat edib, təxminən 184,6 min insan isə müalicə olunaraq sağalıb.

Ən çox yoluxma halları Bavariyada (49 204), Şimali Reyn-Vestfaliyada (44 915) və Baden-Vürtemberqdə (36 041) rast gəlinib. Berlində indiyədək 8637 nəfərdə koronavirus aşkar olunub.

apa-logo-mini

Digər xəbərlər