Almaniyada tibbi maskaların qıtlığı yaranıb

Almaniyada tibbi maskaların qıtlığı yaranıb
  • Clock-gray 15:55
  • calendar-gray 24 Fevral 2020

Almaniyada bir çox aptek tibbi maskaların çatışmazlığı müşahidə edilir. Maska satışlarının kəskin artımı son həftələr ərzində qeydə alınıb.

"APA-Economics"in DPA-ya istinadən verdiyi məlumata görə, Əczaçılıq Preparatlarının Topdansatışı üzrə Federal Birliyinin rəhbəri Tomas Porstner bu məhsulların təchizatında ciddi pozuntuların olduğunu etiraf edib. Ajiotaj dünyada sürətlə yayılan koronavirusla əlaqələndirilir.

Eyni zamanda, alman mütəxəssislərinin özləri tibbi maskaların qoruyucu funksiyalarını şübhə altına alırlar. "Gündəlik həyatda bunun heç bir əhəmiyyəti yoxdur", - deyə Alman İnfektologiya Cəmiyyətinin sədri Bernd Zaltsberger bildirib.

Qeyd edək ki, dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı artıq 80 min nəfərə yaxınlaşıb. Lakin xəstəliyin yayılma tempi getdikcə azalır.

APA-Economics

Digər xəbərlər

Arxiv

date