BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyasının gündəliyi məlum olub

BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyasının gündəliyi məlum olub
  • Clock-gray 17:01
  • calendar-gray 11 İyul 2020

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının (BMT BA) 31-ci xüsusi sessiyasının gündəliyi məlum olub.

APA-nın BMT-nin saytına istinadən verdiyi məlumata görə, BMT Baş Assambleyasının iyulun 10-u başlayan xüsusi sessiyasının gündəliyinə bir neçə məsələ daxildir. Gündəlikdə Baş Assambleyanın 74-cü sessiyasının prezidenti tərəfindən nümayəndə heyətinin sədri qismində iclasınaçılışı, bir dəqiqəlik sükut, Baş Assambleyanın xüsusi iclasında nümayəndələrin səlahiyyətləri, Etimad Komitəsin üzvlərinin təyin olunması, Etimad Komitəsinin hesabatı, Prezident və digər rəsmilərin seçilməsi, gündəliyin qəbulu sessiyanın təşkili və ümumi debatlar var.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevun təşəbbüsü ilə BMT Baş Assambleyasında COVID-19-la mübarizəyə həsr olunmuş xüsusi sessiyanın keçirilməsi də nəzərdə tutulur.

apa-logo-mini

Digər xəbərlər