Britaniya XİN Çinin Honkonqla bağlı qəbul etdiyi qanunla əlaqədar bəyanat yayıb

Britaniya XİN Çinin Honkonqla bağlı qəbul etdiyi qanunla əlaqədar bəyanat yayıb
  • Clock-gray 18:41
  • calendar-gray 30 İyun 2020

Britaniya Xarici İşlər Nazirliyi (XİN) Çinin Honkonqla bağlı təhlükəsizlik qanunun qəbulu ilə əlaqədar bəyanat yayıb.

APA-nın xəbərinə görə, bu barədə Britaniya XİN-in saytında məlumat verilib.

Məlumatda qeyd olunur ki, beynəlxalq ictimaiyyətin xəbərdarlığına baxmayaraq, Pekin bu qanunvericiliyin tətbiqindən geri çəkilməməyi seçib: "Çin Honkonqla bağlı beynəlxalq öhdəliklərinə məhəl qoymadı. Bu dərin narahatlıq doğuran bir addımdır".

Bəyanatda həmçinin bildirib ki, Britaniya təcili olaraq bu qanunu tam şəkildə görməlidir və daha sonra Birgə Bəyannamənin pozulub-pozulmadığına, ölkənin bundan sonra hansı tədbirlər görəcəyinə qərar veriləcək.

Qeyd edək ki bu gün Çində Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsi (ən yüksək qanunverici orqan) Honkonqda milli təhlükəsizliyin təmin edilməsi haqqında qanun qəbul edib Çin Xalq Respublikasının sədri Si Cinpin isə  qanunu imzalayıb.

Yeni qanun Honkonqda milli təhlükəsizlik üçün təhlükə yaradan addımların qarşısını almaq və cəzalandırma tədbirləri görmək məqsədi daşıyır.  

Zümrüd Paşkin

Digər xəbərlər