Britaniyada koronavirusdan ölənlərin sayı 37 mini ötüb

Britaniyada koronavirusdan ölənlərin sayı 37 mini ötüb
  • Clock-gray 18:25
  • calendar-gray 26 May 2020

Böyük Britaniyada koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı son bir sutkada 134 nəfər artaraq 37 048-ə, virusa yoluxanların sayı isə 4043 nəfər artaraq ümumilikdə 265 227 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bundan bir gün əvvəl Britaniyada 121 nəfərin öldüyü, analiz nəticələri müsbət çıxanların sayının isə 1625 nəfər olduğu deyilirdi.

Səlcuq Elçin

Digər xəbərlər