Britaniyada son sutkada 4 minə yaxın insan koronavirusa yoluxub

Britaniyada son sutkada 4 minə yaxın insan koronavirusa yoluxub
  • Clock-gray 04:16
  • calendar-gray 21 Sentyabr 2020

Böyük Britaniyada son sutka ərzində 3 899 nəfər koronavirusa yoluxub. 

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, ölkədə ümumi yoluxma sayı 394257-yə çatıb. Son bir gündə 27-i nəfər olmaqla, 41777 xəstə dünyasını dəyişib.

Qeyd edək ki, bir gün əvvəl krallıqda yeni virusa 4422 nəfər yoluxub. Yoluxma hadisəsinin pik nöqtəsi mayın 8-də qeydə alınıb - 4 649 nəfər.

 

Rəşad Sarıyev

Digər xəbərlər