Britaniyada son sutkada koronavirusdan 155 nəfər ölüb.

Britaniyada son sutkada koronavirusdan 155 nəfər ölüb.
  • Clock-gray 22:08
  • calendar-gray 30 İyun 2020

 

Böyük Britaniyada son sutka ərzində koronavirusdan 155 nəfər ölüb.

APA bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 43 730 nəfərə çatıb. 

Son 24 saat ərzində daha 689 nəfərdə virus aşkarlanıb. İndiyədək ölkədə koronavirusa 312 654 yoluxma faktı qeydə alınıb.

Qeyd edək ki, bir gün əvvəl ölkədə ölüm sayı 25, yoluxma sayı isə 815 idi.

 

Rəşad Sarıyev

Digər xəbərlər