Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrləri münaqişə ölkələrinə müraciət edib

Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrləri münaqişə ölkələrinə müraciət edib
  • Clock-gray 18:01
  • calendar-gray 31 Mart 2020

Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrləri münaqişə ölkələrini gərginlikdən çəkinməyə çağırıb.

APA-nın xəbərinə görə, bu barədə həmsədrlər bəyanat yayıb.

Bəyanatda Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrləri (BMT nümayəndəsi Cihan Sultanoğlu, ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Rudolf Miçalka və Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar) koronavirus pandemiyasının yaratdığı problemlərin həllinə kömək etmək üçün səylərini davam etdirdiklərini bildiriblər.

"COVID-19-un yayılmasının qarşısını almaq üçün çalışan səhiyyə işçilərinin və ön cəbhədə olan digər işçilərin səylərini təqdir edir, Cenevrə Beynəlxalq Müzakirələrinin bütün iştirakçılarını BMT Baş katibi Antonio Quterreşin çağırışına əməl etməyə, inamsızlığı və düşmənçiliyi bir kənara qoymağa, antaqonistik ritorikadan yayınmağa çağırırıq.

Bütün tərəfləri münaqişədən təsirlənən həssas qismi, xüsusən də təcrid olunmuş ərazilərdə məskunlaşan qadınlar, kişilər və uşaqların qorunması üçün əllərindən gələni etməyə çağırırıq. Bu əhalinin köməyə ehtiyacı var və onların daha çox əziyyət çəkməsinə icazə verilməməlidir. Artıq  bəzi əməkdaşlıq cəhdləri bizi ruhlandırır, harada yaşamasından və ya hansı dildə danışmasından asılı olmayaraq bütün insanların səhiyyə xidmətlərinə bərabər çıxışı üçün daha çox iş görülməlidir.

Bu qlobal təhlükə ilə mübarizədə təşkilatlarımız kömək etməyə hazırdır", - bəyanatda qeyd olunur.

 Qeyd edək ki, martın 31-i və aprelin 1-də Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrlərinin 51-ci görüşünün keçirilməsi planlaşdırılsa da koronavirus pandemiyası ilə əlaqədar bu görüş təxirə salınıb.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date