Çexiyada baş verən atışmada ölənlərin sayı 6-ya çatıb - YENİLƏNİB

Çexiyada baş verən atışmada ölənlərin sayı 6-ya çatıb - YENİLƏNİB
  • Clock-gray 12:47
  • calendar-gray 10 Dekabr 2019

Çexiyada xəstəxanada baş verən atışmada ölənlərin sayı artıb.

APA-nın “Sky News”a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 6-ya çatıb.

 Cinayəti törədən şəxs isə intihar edib.

Uzun axtarışlardan sonra onun meyiti avtomobilindən tapılıb.

***

saat 12:12

Çexiyanın Ostrava şəhərində yerləşən xəstəxanada atışma olub.

APA-nın "Deutsche Welle"yə istinadən verdiyi xəbərə görə, faktı Çexiyanın Daxili İşlər naziri Jan Hamacek təsdiqləyib. 

Məlumata görə, Ostrava şəhər xəstəxanasında silahlı şəxs insanlara atəş açıb, hadisə nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb. 

İnsident bu gün yerli vaxtla səhər saat 07:00-da baş verib.

Şübhəlinin axtarışı üzrə əməliyyat davam edir. 

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date