Cons Hopkins Universiteti: Dünyada koronavirusa yoluxanların sayı 1 milyonu keçib

Cons Hopkins Universiteti: Dünyada koronavirusa yoluxanların sayı 1 milyonu keçib
  • Clock-gray 00:11
  • calendar-gray 03 Aprel 2020

Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 1 milyonu keçib.

APA xəbər verir ki, ABŞ-dakı Cons Hopkins Universiteti şəxsi hesablamaları əsasında belə bir nəticəyə gəlib. Universitet rəsmi mənbələrdən və KİV-dən əldə olunan geniş statistik məlumatları ümumiləşdirir.

Universitetin məlumatına görə, ölənlərin sayı təxminən 51,5 minə çatıb.

Öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə 900 min yoluxma və 46 min ölüm faktını qeydə aldığını bildirib.

Hazırda dünyanın 165 ölkəsində koronavirus aşkar olunub. Ən çox ölüm halları İtaliya (13 915), İspaniya (10 003), ABŞ (5316), Fransa (4503), Çin (3287), İran (3160), Böyük Britaniya (2921), Niderland (1339), Belçika (1011) və Almaniyada (1001) qeydə alınıb.

apa-logo-mini

Digər xəbərlər