Conson reanimasiyada olduğu müddətdə hökumətə Xarici İşlər naziri rəhbərlik edəcək

Conson reanimasiyada olduğu müddətdə hökumətə Xarici İşlər naziri rəhbərlik edəcək
  • Clock-gray 12:51
  • calendar-gray 07 Aprel 2020

"Böyük Britaniyanın Baş Naziri Boris Conson reanimasiyada olduğu müddətdə hökumətə Xarici İşlər naziri Dominik Raab rəhbərlik edəcək".

APA-nın Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Hökumət Kabinetinin naziri Maykl Gov deyib.  

"Baş Nazirin təyin etdiyi plana uyğun olaraq, ölkəni idarə edən şəxs Xarici İşlər naziri Dominik Raabdır", - deyə M. Gov bildirib.   

O deyib ki, koronavirusla əlaqədar ölkədə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması və ya qaldırılması ilə bağlı hər hansı qərar olarsa, bu təxirə salınmayacaq. 

B. Consonun səhhəti ilə bağlı sualı cavablandıran nazir M. Gov qeyd edib ki, Baş Nazir hələ də reanimasiyadadır. O, Baş Nazirə pnevmaniya diaqnozunun qoyulması barədə məlumatlı olmadığını vurğulayıb.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date