Fransa GAVI fonduna 2021-2025-ci illər üçün 500 milyon avro ianə edəcək

Fransa GAVI fonduna 2021-2025-ci illər üçün 500 milyon avro ianə edəcək
  • Clock-gray 18:42
  • calendar-gray 04 İyun 2020

Fransa Vaksinasiya və İmmunizasiyalar üzrə Qlobal Alyansın (GAVI) Fonduna 2021-2025-ci illər üçün 500 milyon avro ianə edəcək.

APA-nın xəbərinə görə, bu barədə Fransa Prezidenti Emmanuel Makron virtual formatda baş tutan "Qlobal Peyvənd Sammiti 2020"də çıxışında deyib.  

“20 il əvvəl GAVI milyonlarla insanın həyatını dəyişdirən sadə bir fikirdən meydana gəldi. Bu gün, o, dünyada uşaqları yoluxucu xəstəliklərdən qorumaq üçün təsirli peyvəndləri əl çatan edir. GAVI daha yaxşı qorunan bir nəslin hekayəsidir”, - deyə E. Makron vurğulayıb.

Fransa Prezidenti ölkəsinin Vaksinasiya və İmmunizasiyalar üzrə Qlobal Alyansın Fonduna 2021-2025-ci illər üçün ümumilikdə 500 milyon avro ianə edəcəyini qeyd edib. E. Makron bildirib ki, Fransa COVID-19-a qarşı effektiv bir peyvənd əldə olunduqdan sonra ianəni 100 milyon avro daha artırmağa hazırdır.

Zümrüd Paşkin

Digər xəbərlər