Fransada daha 110 nəfər koronavirus infeksiyasından ölüb

Fransada daha 110 nəfər koronavirus infeksiyasından ölüb
  • Clock-gray 22:52
  • calendar-gray 20 May 2020

Fransada son sutkada koronavirusdan ölənlərin sayı 110 nəfər də artaraq, ümumilikdə 28 132 nəfərə çatıb. Həmçinin son 24 saatda ölkədə 766 nəfərdə COVID-19 virusunun simptomları aşkar edilib, bununla da virusa yoluxanların sayı 181 575 nəfər olub.

APA xəbər verir ki, bu barədə ölkənin Baş Səhiyyə İdarəsi məlumat yayıb.

Məlumata görə, onlardan 17 812 nəfəri xəstəxanalarda, 10 320-si qocalar evlərində və tibbi-sosial müəssisələrdə ölüb.

“17 941 nəfər hazırda xəstəxanalardadır, bir həftə əvvəl isə 21 071 nəfər xəstəxanaya yerləşdirilmişdi. Sutka ərzində daha 432 nəfər xəstəxanaya müraciət edib. Reanimasiya isə 1794 nəfər var”, - məlumatda belə deyilir.

Epidemiyanın əvvəlindən 63 354 xəstə sağalaraq xəstəxanaları tərk edib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date