Fransada koronavirus qurbanlarının sayı 29,8 mini keçib

Fransada koronavirus qurbanlarının sayı 29,8 mini keçib
  • Clock-gray 23:15
  • calendar-gray 30 İyun 2020

Fransada koronavirus qurbanlarının sayı 29 843 nəfərə çatıb, hazırda xəstəxanalara yerləşdirilən virusa yoluxanların sayı 8536 nəfərdir.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölənlərin 19 346 nəfəri xəstəxanalarda, 10 497 nəfəri sosial-tibbi müəssisələrdə qeydə alınıb.

Ötən gün ərzində 152 nəfər xəstəxanaya daxil olub, onlardan 8 nəfəri reanimasiyaya yerləşdirilib. Hazırda reanimasiyada ümumilikdə 602 xəstənin olduğu bildirilir.

Epidemiya başlayandan bəri ölkə üzrə 104,6 min nəfər COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib, onlardan 18 mindən çoxu reanimasiyadadır.

Yeni virusa yoluxan 76,2 mindən çox insan sağalaraq evə buraxılıb.

Rəşad Sarıyev

Digər xəbərlər