Fransada koronavirusa gündəlik rekord həddə yoluxma qeydə alınıb

Fransada koronavirusa gündəlik rekord həddə yoluxma qeydə alınıb
  • Clock-gray 06:02
  • calendar-gray 20 Sentyabr 2020

Fransada koronavirus infeksiyasına gündəlik rekord həddə yoluxma qeydə alınıb

APA “Santé publique”ə nəşrinə istinadən xəbər verir ki, son bir gündə ölkədə təxminən 13,5 min insan virusa yoluxub.

Bundan bir gün əvvəl bu rəqəm 13 215 nəfər idi.

Son məlumatlara görə, ölkədə koronavirus epidemiyasının başlanğıcından bəri 442 mindən çox insan koronavirusa yoluxub, COVID-19 xəstəliklərinin sayı son bir gündə 13 498 nəfər artıb. Son 24 saat ərzində 26 nəfər bu virusdan ölüb, ölənlərin ümumi sayı 31 274 nəfərdir.

Son bir həftə ərzində 3853 nəfər xəstəxanaya müraciət edib ki, onların da 593 nəfəri reanimasiyaya yerləşdirilib.

apa-logo-mini

Digər xəbərlər