Fransada son sutkada daha 471 nəfər koronavirusdan ölüb

Fransada son sutkada daha 471 nəfər koronavirusdan ölüb
  • Clock-gray 22:31
  • calendar-gray 02 Aprel 2020

Fransada son sutka ərzində koronavirus infeksiyasına yoluxma nəticəsində xəstəxanalarda 471 nəfər ölüb, bununla da virusdan ölənlərin ümumi sayı 4503 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon bildirib.

“Martın 1-dən bəri Fransada 4503 ölüm faktı qeydə alınıb, ölənlərin 83%-i 70 yaşından yuxarı insanlardır. Təkcə son sutkada 471 ölüm baş verib”, - Salomon belə deyib.

Onun sözlərinə görə, ölkədə virusa təsdiqlənmiş yoluxma hallarının sayı 59 105 nəfərə çatıb. Hazırda xəstəxanalarda 26 246 nəfər var, onlardan 6399-u reanimasiyalardadır.

apa-logo-mini

Digər xəbərlər