Gürcüstan dəmir yolu ilə yükdaşımaları 8% artırıb

Gürcüstan dəmir yolu ilə yükdaşımaları 8% artırıb
  • Clock-gray 17:47
  • calendar-gray 20 Yanvar 2020

2019-cu ildə Gürcüstanın Dəmiryolu yük daşımalarının həcmi   9% artıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolu” MMC-nin hesabatında bildirilib.

Hesabatda qeyd edilib ki, 2019-cu ildə Gürcüstan dəmir yolları vasitəsi ilə daşınan yüklərin həcmi 10,8 mln. ton təşkil edib. 2018-ci ildə isə bu göstərici 10 mln. ton olub. Göründüyü kimi, Gürcüstan sözügedən nəqliyyat növü ilə yükdaşımaları ötən il 8% artırıb.

Məlumatda bildirilib ki, bu il dəmir yolu ilə yük daşımaları 2012-ci ildən etibarən ilk dəfə olaraq əvvəlki illə müqayisədə artım tempi nümayiş etdirib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date