Gürcüstan koronavirusa yoluxma riskinin olduğu ölkələrlə viza rejimi tətbiq etmək niyyətindədir

Gürcüstan koronavirusa yoluxma  riskinin olduğu ölkələrlə viza rejimi tətbiq etmək niyyətindədir
  • Clock-gray 13:38
  • calendar-gray 27 Fevral 2020

Gürcüstan koronavirusa yoluxmanın yüksək risk zonası kimi qeyd edilən ölkələrlə müvəqqəti viza rejiminin tətbiqi imkanlarını nəzərdən keçirəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Baş nazir Giorgi Qaxariyanın imzaladığı fərmanda bildirilib. Sənəddə, eyni zamanda əlaqəli dövlət agentliklərinə koronavirusun ölkə ərazisində yayılması riskinə hazırlıqlı olmaları barədə göstəriş verilib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date