Gürcüstan və Ukrayna arasında birbaşa uçuşlar iyulun 1-dən bərpa ediləcək

Gürcüstan və Ukrayna arasında birbaşa uçuşlar iyulun 1-dən bərpa ediləcək
  • Clock-gray 14:28
  • calendar-gray 20 May 2020

Ukrayna və Gürcüstan arasında birbaşa uçuşlar iyulun 1-dən etibarən bərpa ediləcək.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur naziri yerli KİV-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hava nəqliyyatının bərpa edilməsi ilə bağlı digər ölkələrlə də danışıqlar aparılır.

Qeyd edək ki, Gürcüstan digər ölkələrin vətəndaşlarının martın 18-dən etibarən ölkəyə girişinə qadağa qoyub. Qonşu ölkənin sərhədlərinin iyulda açılması planlaşdırılır.

Səid Babazadə

Digər xəbərlər