Gürcüstanda azərbaycanlıların yaşadığı kəndlərə güclü dolu yağıb - FOTO

Gürcüstanda azərbaycanlıların yaşadığı kəndlərə güclü dolu yağıb - FOTO
  • Clock-gray 18:55
  • calendar-gray 02 İyun 2020

Gürcüstanın Bolnisi rayonunda azərbaycanlıların yaşadığı kəndlərə güclü dolu yağıb.

APA-nın yerli bürosunun xəbərinə görə rayonun Kvemo Bolnisi (Kəpənəkçi), Vanati (Mığırlı) Çapala (Qoçulu), Samtredo (Cəfərli), Samcevrisi (Şəmşöy) və Muxrana (Daşlıqullar) kəndlərinə yağan dolu fəsadlara səbəb olub.

Təbiət hadisəsi nəticəsində əkin sahələrinə, meyvə ağaclarına və nəqliyyat vasitələrinə zərər dəyib.

Səid Babazadə

Digər xəbərlər