Gürcüstanda daha 14 nəfər koronavirusa yoluxub

Gürcüstanda daha 14 nəfər koronavirusa yoluxub
  • Clock-gray 10:28
  • calendar-gray 06 Aprel 2020

Gürcüstanda  daha 14 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi İnternet saytında bildirilib. Qeyd olunub ki, bununla da ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 188 nəfərə çatıb. 

Hazırda ölkə üzrə karantində 5056, stasionar müalicədə isə 386 nəfər var. Virusa yoluxmuş şəxslərdən 36-sı sağalıb, ikisi isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

 

Səid Babazadə

Digər xəbərlər