Gürcüstanda koronavirusa görə məktəblər tətilə buraxılır

Gürcüstanda koronavirusa görə məktəblər tətilə buraxılır
  • Clock-gray 13:38
  • calendar-gray 29 Fevral 2020

Gürcüstanda koronavirusun yayılmasına qarşı görülən profilaktik tədbirlər çərçivəsində məktəb tətilinin vaxtı dəyişdirilib.

APA-nın yerli bürosu xəbər verir ki, müvafiq qərar Baş nazir Giorgi Qaxariyanın rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Qrupu tərəfindən qəbul edilib.

Qərara əsasən martın 9-dan 16-dək planlaşdırılan tətilin vaxtı martın 2-nə çəkilib.

Qeyd edək ki, Gürcüstanda bu gün üçüncü koronavirusa yoluxma halı qeydə alınıb. Ölkədə karantinə alınan şəxslərin 170 nəfər olduğu bildirilir.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date