Gürcüstanda koronavirusa yoluxanların sayı 170 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 170 nəfərə çatıb
  • Clock-gray 11:56
  • calendar-gray 05 Aprel 2020

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların  sayı 170 nəfərə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bildirilib ki, hazırda ölkə üzrə karantində 5067, stasionar müalicədə isə  330 nəfər var. Virusa yoluxmuş şəxslərdən 36-sı sağalıb, bir nəfər isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.

 

apa-logo-mini

Digər xəbərlər