Gürcüstanda koronavirusa yoluxanların sayı 218 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 218 nəfərə çatıb
  • Clock-gray 19:32
  • calendar-gray 09 Aprel 2020

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 218 nəfərə çatıb. 

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bildirilib ki, hazırda ölkə üzrə karantində 4722 nəfər saxlanılır, stasionar müalicədə isə  408 nəfər var. Virusa yoluxmuş şəxslərdən 50-si sağalıb, 3 nəfər isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

 

Səid Babazadə

Digər xəbərlər