Gürcüstanda koronavirusa yoluxanların sayı 946 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 946 nəfərə çatıb
  • Clock-gray 10:10
  • calendar-gray 04 İyul 2020

Gürcüstanda son bir sutka ərzində  yeni növ koronavirusa (COVID-19) 3 yoluxma halı qeydə alınıb.  

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərşivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 946 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 3310

nəfər karantində saxlanılır, 203 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 825 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.

Səid Babazadə

Digər xəbərlər