Gürcüstanda koronavirusa yoluxanların sayı 968 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 968 nəfərə çatıb
  • Clock-gray 10:23
  • calendar-gray 09 İyul 2020

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 yoluxma halı qeydə alınıb.  

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərşçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 968 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 4425 nəfər karantində saxlanılır, 222 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 844 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.

Səid Babazadə

Digər xəbərlər