Gürcüstanda koronavirusa yoluxanların sayı 995 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 995 nəfərə çatıb
  • Clock-gray 10:16
  • calendar-gray 13 İyul 2020

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 9 yoluxma halı qeydə alınıb.  

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavorusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 995 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5001 nəfər karantində saxlanılır, 219 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Yoluxanlardan 857 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.

Səid Babazadə

Digər xəbərlər