Gürcüstanda koronavirusdan ölənlərin sayı 3-ə çatıb

Gürcüstanda koronavirusdan ölənlərin sayı 3-ə çatıb
  • Clock-gray 18:26
  • calendar-gray 07 Aprel 2020

Gürcüstanda yeni növ koronavirusa yoluxmuş daha bir nəfər vəfat edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasından bildirilib. Məlumata görə, 86 yaşlı şəxs 2 həftə reanimasiyada qaldıqdan sonra vəfat edib. Bununla da Gürcüstanda koronavirusdan ölənlərin sayı 3-ə çatıb. 

Qeyd edək ki, Gürcüstanda virusa ilk yoluxma halı fevralın 26-da qeydə alınıb. Hazırda ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 195 nəfərdir, onlardan 45-nin sağaldığı bildirilir. 

 

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date