Gürcüstanda meşə yanğını davam edir

Gürcüstanda meşə yanğını davam edir
  • Clock-gray 10:28
  • calendar-gray 08 İyul 2020

Gürcüstanın Sameqrelo-Zemo Svaneti rayonunda baş verən meşə yanğını davam edir.

APA-nın yerli bürosu xəbər verir ki, Xaişi kəndi yaxınlığında dağlıq ərazidə başlayan yanğının söndürülməsi işləri dörd gündür ki, davam etdirilir. Yanğınsöndürmə işlərində 4 helikopter, 200 yanğınsöndürən və 10 xilasetmə qrupu iştirak edir. Əraziyə Tbilisi, Kvemo Kartli, Acarıstan və İmeretidən əlavə canlı qüvvə cəlb edilib. 

Ərazidəki 4 aktiv yanğın ocağından 3-nün lokallaşdırıldığı bildirilir.

Səid Babazadə

Digər xəbərlər