Gürcüstanda tibbi maskaların xaricə göndərilməsinə qadağa qoyulub

Gürcüstanda tibbi maskaların xaricə göndərilməsinə qadağa qoyulub
  • Clock-gray 12:37
  • calendar-gray 28 Fevral 2020

Gürcüstanın “Georgian Post” poçt xidməti tibbi maskaların ölkə xaricinə göndərilməsinə qadağa qoyub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə şirkətin "Facebook" şəbəkəsində məlumat yerləşdirilib. Bildirilib ki, tibbi maskaların göndərildiyi poçt bağlamaları müsadirə oluna və ya geri qaytarıla bilər.

Bağlamanın göndərilməsinə görə ödənilən məbləğ isə geri qaytarılmayacaq.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date