Gürcüstandan 200 Azərbaycan vətəndaşı təxliyə edilib - YENİLƏNİB-1

 Gürcüstandan 200 Azərbaycan vətəndaşı təxliyə edilib - YENİLƏNİB-1
  • Clock-gray 12:01
  • calendar-gray 13 İyul 2020

Gürcüstandan 200 Azərbaycan vətəndaşının təxliyəsi başa çatdırılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, 4 xüsusi avtobusla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə gətirilən vətəndaşların Azərbaycan ərazisinə keçməsi təmin edilib.

***

11:02

Gürcüstandan təxliyə edilən 200 Azərbaycan vətəndaşı Tbilisidən yola salınıb.

APA-nın yerli bürosu xəbər verir ki, təxliyə edilən vətəndaşlar bu dəqiqələrdə paytaxt Tbilisidən 4 xüsusi avtobusla "Sınıq Körpü" sərhəd-keçid məntəqəsinə yola salınıblar. Onları Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları müşayiət edirlər.

***

09:26

Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə edilir.

APA-nın yeri bürosu xəbər verir ki, təxliyə edilən şəxslər hazırda Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısına toplanır. Onlar saat 10:00-da  buradan xüsusi avtobuslarla "Sınıq Körpü" sərhəd-keçid məntəqəsinə yola salınacaq.

Qeyd edək ki, təxliyyə ediləcək vətəndaşlar iyulun 11-də Tbilisidəki klinikalardan birində “PCR” testlərindən keçirilib və onların heç birində COVİD-19 virusu aşkarlanmayıb.

Təxliyə edilənlərin Azərbaycanda karantinə alınmayacağı və onlara qeydiyyatda olduqları bölgələrə getmələri üçün bir günlük sərbəst hərəkət icazəsi veriləcəyi bildirilib.

Səid Babazadə

Digər xəbərlər