İngiltərədə koronavirusa yoluxmaqda şübhəli bilinən 9 nəfərdən 8-i xəstəxanadan buraxılıb

İngiltərədə koronavirusa yoluxmaqda şübhəli bilinən 9 nəfərdən 8-i xəstəxanadan buraxılıb
  • Clock-gray 08:22
  • calendar-gray 16 Fevral 2020

 

İngiltərədə koronavirus (2019-nCoV) xəstəliyi diaqnozu qoyulmuş 9 nəfərdən 8-i xəstəxanalardan evə buraxılıb. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə İngiltərə Milli Sağlamlıq Sisteminin hesabatında bildirilib. 

Xəstələrdən götürülmüş 2 test nümunələrinin cavabı onlarda yeni virusun əlamətlərinin olmadığını ortaya çıxarıb. 

Hesabatda o da bildirilib ki, yanvarın sonlarında Çinin Uhan şəhərindən təxliyə edilən 94 britaniyalı üçün karantin müddəti başa çatıb. Onlar Uirral şəhərindəki  (Mersisayd Qraflığı)  xəstəxanada həkimlərin nəzarəti altında idilər.

Qeyd edək ki, Çindən təxliyə edilən yüzdən çox digər insanların isə London yaxınlığındakı Milton Kins şəhərində karantində qalması davam edir. 

 

Rəşad Sarıyev

Digər xəbərlər

Arxiv

date