İraqda 2 türk hərbçisi şəhid olub

İraqda 2 türk hərbçisi şəhid olub
  • Clock-gray 01:44
  • calendar-gray 26 Mart 2020

İraqın şimalında Türkiyə ordusunun iki hərbçisi şəhid olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat yayılıb.

Məlumatda bildirilib ki, bu gün İraqın şimalındakı Haftanin bölgəsində separatçı terror təşkilatı üzvlərinin etdiyi hücum nəticəsində Türkiyə Silahlı Qüvvələrinin (TSK) 2 hərbçisi ölüb, 2 hərbçisi isə yaralanıb.

Şöbədən verilən xəbərdə qeyd olunub ki, TSK terrorçuları cavab atəşi ilə susdurub və 8 terrorçu zərərsizləşdirilib.

apa-logo-mini

Digər xəbərlər