İsraildə koronavirusa yoluxanların sayı 9200-ü keçib

İsraildə koronavirusa yoluxanların sayı 9200-ü keçib
  • Clock-gray 01:08
  • calendar-gray 08 Aprel 2020

Çərşənbə axşamı İsraildə koronavirusa yoluxanların sayı 9248 nəfərə çatıb. Yoluxanlardan 65 nəfər ölüb, 770 nəfər sağalıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb. 

Qeyd edilib ki, vəziyyəti ağır olan xəstələrin sayı çərşənbə axşamı 149-a çatıb. 117 xəstə süni tənəffüs cihazlarına qoşulub.

Artıq İsraildə yaşayış məntəqələri polis və hərbçilər tərəfindən nəzarətə götürülüb. Çərşənbə günü səhər saat 6-dan cümə axşamı səhərədək vətəndaşlara evlərini tərk etmək qadağan edilib.

 

Rəşad Sarıyev

Digər xəbərlər

Arxiv

date