İsrailin Müdafiə naziri koronavirus şübhəsilə özünü təcrid etmək qərarına gəlib

İsrailin Müdafiə naziri koronavirus şübhəsilə özünü təcrid etmək qərarına gəlib
  • Clock-gray 07:10
  • calendar-gray 09 İyul 2020

İsrailin Müdafiə naziri Benni Qantz çərşənbə günü  COVID-19 testi müsbət çıxmış bir şəxslə təmasda olduqdan sonra özünü təcrid etmək qərarına gəlib. 

APA “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə nazir “Twitter” hesabında yazıb.

O bildirib ki, koronavirusa yoluxmuş xəstə ilə təmasda olduğundan şübhələnir: “Tibb mütəxəssisləri ilə məsləhətləşdikdən sonra təcrid olunmağa qərar verdim”. 

Qantz müayinəsi başa çatanadək karantində olacağını qeyd edib: “Əla vəziyyətdəyəm və həmişə olduğu kimi, çalışmağa davam edəcəyəm, lakin məsafədən..."

Məlumat üçün bildirək ki, İsraildə bir sıra sahələrdə obyektlərin fəaliyyəti bərpa edildikdən sonra gündəlik orta hesabla 1000-dən çox virusa yoluxma qeydə alınır.

Bu səbəbdən hökumət ictimai tədbir keçirilən yerləri, klubları, barları və idman salonlarını yenidən bağlamaq qərarına gəlib. 

Rəşad Sarıyev

Digər xəbərlər