İtaliyada 192 mindən çox insan koronavirusdan sağalıb

İtaliyada 192 mindən çox insan koronavirusdan sağalıb
  • Clock-gray 05:28
  • calendar-gray 06 İyul 2020

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı sutka ərzində 7 nəfər artıb və ümumilikdə 34 861-ə çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin açıqlamasında qeyd olunur.

Bundan bir gün əvvəl 21 nəfərin virusun qurbanına çevrildiyi deyilirdi.

İtaliyada koronavirusa yoluxma üzrə sutkalıq artım 192 nəfər olub. Hazırda 14 642 italiyalı xəstəlikdən müalicə olunur. Epidemiyanın əvvəlindən bəri İtaliyada 192 108 nəfər müalicə olunaraq sağalıb. Hazırda 74 nəfər intensiv terapiya şöbəsindədir. Ölkədə bu günədək virusa yoluxanların ümumi sayı isə 241 611 nəfərdir.

apa-logo-mini

Digər xəbərlər