İtaliyada daha 21 nəfər koronavirusdan ölüb, 182 nəfər bu virusa yoluxub

İtaliyada daha 21 nəfər koronavirusdan ölüb, 182 nəfər bu virusa yoluxub
  • Clock-gray 03:14
  • calendar-gray 02 İyul 2020

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı sutka ərzində 21 nəfər artıb və ümumilikdə 34 788-ə çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin açıqlamasında qeyd olunur.

Bundan bir gün əvvəl 23 nəfərin virusun qurbanına çevrildiyi deyilirdi. Ölkədə sutkalıq ən yüksək ölüm göstəricisi martın sonunda qeydə alınmışdı – 969 nəfər.

İtaliyada koronavirusa yoluxma üzrə sutkalıq artım 182 nəfər olub. Hazırda 15 255 italiyalı xəstəlikdən müalicə olunur. Epidemiyanın əvvəlindən bəri İtaliyada 190 717 nəfər müalicə olunaraq sağalıb. Hazırda 87 nəfər intensiv terapiya şöbəsindədir. Ölkədə bu günədək virusa yoluxanların ümumi sayı isə 240 760 nəfərdir.

apa-logo-mini

Digər xəbərlər