İtaliyada koronavirusa yoluxanların sayı 230 mini keçib

İtaliyada koronavirusa yoluxanların sayı 230 mini keçib
  • Clock-gray 23:10
  • calendar-gray 25 May 2020

 

İtaliyada koronavirusa yoluxanların sayı 230 158-ə çatıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

Bildirilib ki, son sutkada 92 ölüm, 300 yoluxma hadisəsi qeydə alınıb. 

Yoluxma sayı mart ayının əvvəlindən bəri ən aşağı göstəricidir. 

Qeyd edək ki, ölənlərin ümumi sayı 32877 nəfərə çatıb. 

 

Rəşad Sarıyev

Digər xəbərlər