İtaliyada rekord sayda koronavirusa yoluxma hadisəsi qeydə alınıb

İtaliyada rekord sayda koronavirusa yoluxma hadisəsi qeydə alınıb
  • Clock-gray 22:48
  • calendar-gray 22 Oktyabr 2020

İtaliyada ardıcıl iki gündə rekord sayda koronavirusa yoluxma hadisəsi qeydə alınıb

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, pandemiya başlayandan ilk dəfə olaraq bir gündə yeni növ virusa yoluxanların sayı 16 mini keçib. Son sutkada 16079 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. 

Bir gün əvvəl bu rəqəm 15199 olub. 

Qeyd edək ki, yaz fəslində yoluxma hadisəsi 6,5 mindən aşağı olub.

 

Rəşad Sarıyev

Digər xəbərlər