İtaliyada son sutkada koronavirusdan 75 nəfər ölüb

İtaliyada son sutkada koronavirusdan 75 nəfər ölüb
  • Clock-gray 03:10
  • calendar-gray 01 İyun 2020

 

İtaliyada son sutka ərzində koronavirusdan 75 nəfər ölüb, 355 nəfər yoluxub. Ötən gün isə bu rəqəm 111 idi.

APA-nın “USA Today”ə istinadən verdiyi məlumata görə, reanimasiyaya yerləşdirilənlərin sayında da azalma müşahidə edilib - 435 nəfər. 

Ölkə üzrə ölənlərin ümumi sayı hazırda 33415 nəfərə, yoluxma hallarının sayı isə 233019-a çatıb. 157 507 nəfərin sağaldığı bildirilir. 

Qeyd edək ki, 60 milyon əhalisi olan İtaliyada 2 milyon 434 min nəfər koronavirus testindən keçib.

 

Rəşad Sarıyev

Digər xəbərlər