Liviya üzrə beynəlxalq konfransın iştirakçıları birgə bəyanatla çıxış ediblər

Liviya üzrə beynəlxalq konfransın iştirakçıları birgə bəyanatla çıxış ediblər
  • Clock-gray 00:23
  • calendar-gray 20 Yanvar 2020

Liviya ilə bağlı beynəlxalq konfransın iştirakçıları birgə bəyanat qəbul edərək, ölkədəki bütün hərbi hərəkətlərin dayandırılmasına, o cümlədən münaqişə tərəflərinə birbaşa yardımın göstərilməsinə çağırılıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Berlində Liviya üzrə keçirilən beynəlxalq konfransın yekun sənədində deyilir.

“Biz münaqişə tərəflərini bütün hərbi hərəkətlərin dayandırılmasına və atəşkəsin əvvəlindən Liviya boyunca münaqişə tərəflərinə birbaşa yardımın göstərilməsinə çağırırıq”, - deyə sənəddə qeyd olunub.

Konfrans iştirakçıları “əsirlərin mübadiləsi kimi etimad tədbirlərinin möhkəmləndirilməsi”nə kömək etməyə də çağırış ediblər.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date