Marneulidə 9 günlük körpə koronavirus şübhəsi ilə karantinə alınıb

Marneulidə 9 günlük körpə koronavirus şübhəsi ilə karantinə alınıb
  • Clock-gray 12:03
  • calendar-gray 25 Mart 2020

Gürcüstanın Marneuli rayonundan olan 9 günlük körpə koronavirus şübhəsi ilə Tbilisi Dövlət Tibb Universitetinin klinikasına yerləşdirilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə klinikanın direktoru Levan Ratiani məlumat verib.

Onun sözlərinə görə, yeni doğulmuş körpənin ağır tənəffüs çatışmazlığı problemi var. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.

Qeyd olunub ki, koronavirusla bağlı testlər də artıq körpədən götürülüb və analiz edilməsi üçün labaratoriyaya göndərilir.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date