Marneulidə daha iki nəfərdə koronavirus təsdiqlənib

Marneulidə daha iki nəfərdə koronavirus təsdiqlənib
  • Clock-gray 14:47
  • calendar-gray 31 Mart 2020

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda daha iki nəfərdə yeni növ koronavirusa  (COVİD-19) yoluxma təsdiqlənib.

APA-nın yerli bürosu xəbər verir ki, rayon xəstəxanasına yerləşdirilən hər iki şəxsin analizləri ötən gün Luqar laboratoriyasına göndərilib və bu gün müsbət cavab alınıb.  Xəstələrin Tbilisiyə köçürülməsi planlaşdırılır. Hər iki xəstədə yüksək bədən hərarəti və ikitərəfli pnevmoniya olduğu bildirilib. Onların vəziyyətinin qənaətbəxş olduğu açıqlanıb.

Qeyd edək ki, hazırda Gürcüstanda 110 nəfərdə yeni növ koronavirusa yoluxma təsdiqlənib, onlardan 21-nin sağaldığı bildirilir.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date