Merkel itmiş maskalarla bağlı istintaq aparılacağını deyib

Merkel itmiş maskalarla bağlı istintaq aparılacağını deyib
  • Clock-gray 19:51
  • calendar-gray 06 Aprel 2020

“Berlin üçün sifariş olunan tibbi maskalarla bağlı istintaq başlanılmalıdır”. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu mətbuat konfransında Almaniya kansleri Anqela Merkel deyib.

Kansler baş verənlər haqqında geniş məlumatının olmadığını da əlavə edib. 

Qeyd edək ki, Berlin polisinin ABŞ istehsalçısına sifariş verdiyi FFP2 tipli maskalar Banqkok aeroportunda müsadirə edilib. Nəticədə qiyməti əvvəlcədən ödənilmiş 200 min maska mənzil başına çatmayıb. 

“Tagesspiegel” nəşri isə maskaların ABŞ tərəfindən ələ keçirildiyini  və Amerikaya göndərildiyini qeyd edib. 

ABŞ-ın Almaniyadakı səfirliyi isə ölkəsinin baş verənlərlə əlaqəsinin olmadığını vurğulayıb.

Cümə axşamı günü isə Fransanın Qrand-Est regionun rəhbəri Jan Rettner Çindən sifariş etdikləri maskaların Amerika tərəfindən alındığını bildirmişdi. Lakin o, daha sonra özünün Twitter hesabında belə söz demədiyini və maskaların Fransaya gəlib çıxdığını qeyd etmişdi. 

Mirmehdi Ağaoğlu

Digər xəbərlər