Merkel və Makron Putinlə telefon danışığında İdlibdəki vəziyyəti müzakirə ediblər

Merkel və Makron Putinlə telefon danışığında İdlibdəki vəziyyəti müzakirə ediblər
  • Clock-gray 01:53
  • calendar-gray 21 Fevral 2020

Almaniyanın Baş Naziri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə birgə telefon bağlantısı yaradaraq, Suriyanın İdlib əyalətindəki vəziyyəti müzakirə ediblər.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert məlumat verib.

“Kansler Merkel və Prezident Makron Suriyanın İdlib əyalətindəki fəlakətli humanitar vəziyyətdən nə dərəcədə narahat olduqlarını dilə gətiriblər. Merkel və Makron hərbi əməliyyatların dərhal dayandırılmasını və humanitar yardıma ehtiyacı olan insanlara maneəsiz yardım göstərilməsini tələb ediblər. Böhranın siyasi həllinə nail olmaq üçün Prezident Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyə hazır olduqlarını bildiriblər”, - Zaybert belə deyib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date