Niderlandda van Qoqun əsəri muzeydən oğurlanıb

Niderlandda van Qoqun əsəri muzeydən oğurlanıb
  • Clock-gray 18:06
  • calendar-gray 30 Mart 2020

Niderlandda muzeydən məşhur rəssam Vinsent van Qoqun rəsm əsəri oğurlanıb.

APA-nın "Independent"ə istinadən verdiyi xəbərə görə, oğurluq hadisəsi Niderlandın "Singer Laren" muzeyində baş verib.

Oğrular bazar günü yerli vaxtla gecə saat 03:15-də muzeyə girib, Vinsent van Qoqun 1884-cü ilin yazında çəkdiyi, Nuenendəki bağı əks etdirən "Bahar bağı" adlı əsərini oğurlayıb.

Rəsm əsəri "Groninger" Muzeyindən "Singer Laren" muzeyinə icarəyə verilibmiş. Muzeydən başqa sənət əsərləri oğurlanmayıb.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date