Norveçdə yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, ölən var

Norveçdə yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, ölən var
  • Clock-gray 20:49
  • calendar-gray 21 Yanvar 2020

Norveçin Konqsvinger hava limanında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində bir nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Norveç Teleqraf Bürosu məlumat yayıb.

Təyyarədə cəmi iki nəfər olub. Onlardan 72 yaşlı kişi ölüb, 78 yaşlı ikinci bir kişi isə xəstəxanaya göndərilib.

Qəza eniş zamanı baş verib. Polis baş verənlərlə əlaqədar araşdırmaya başlayıb. Hadisənin dəqiq səbəbləri hələlik açıqlanmayıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date