Polşada prezident seçkiləri koronavirusa görə təxirə salına bilər

Polşada prezident seçkiləri koronavirusa görə təxirə salına bilər
  • Clock-gray 13:57
  • calendar-gray 29 Mart 2020

Polşa prezidenti Ancey Duda etiraf edib ki, koronavirus epidemiyası ilə əlaqədar may ayına təyin olunan prezident seçkiləri təxirə salına bilər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Polşada prezident seçkilərinin birinci turu mayın 10-a təyin olunub. 

Müxalifətin etirazlarına baxmayaraq, hökumət seçkiləri keçirməkdə israrlıdır. 

“Seçkilərin vaxtı təyin edilib və bizdən heç kəs bu il mayın 10-da, yəni ay yarım sonra nə baş verəcəyini dəqiq bilmir”, - Duda Polşa televiziyasının efirində deyib. 

“Əgər epidemiya bu cür davam etsə, o zaman seçki vaxtı təxirə salına bilər”, -o, əlavə edib.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər